Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən "İki sahil"ə bildirilib ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib
Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb