05 mart 2025 11:37
460

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 qumbara, 11 tüfəng və 4002 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.