Binəqədi rayonunda silah-sursat aşkarlanıb.
"İki sahil" DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində yerləşən qəsəbələrin birində 1 avtomat silahı və 27 patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib
Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb