Novruz bayramı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində təntənəli şəkildə qeyd edilib.
“İki sahil” xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.
Bildirilib ki, bayram münasibətilə müəssisələrdə xüsusi tədbirlər təşkil edilib.
Məhkum qadınlar və yeniyetmələr üçün keçirilən tədbirdə onların hazırladığı Novruzun rəmzlərini və adət-ənənələrini əks etdirən əyləncəli və musiqili proqramlar nümayiş olunub.