22 mart 2025 10:51
602

Ağdamda silahlı şəxs tutulub

Ağdamda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.