22 mart 2025 11:11
691

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb.

Naxçıvan Su-kanal İdarəsindən “İki sahil”ə bildirilib ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazlərin müəyyən ünvanlarına suyun verilməsində fasilələr yaranıb.

Xətdə bərpa işlərinin gün ərzində yekunlaşdırılması və içməli suyun verilişinin bərpası nəzərdə tutulub. Hazırda Naxçıvan Su-kanal İdarəsinin əməkdaşları ərazidə qazıntı işləri həyata keçirir.