Xankəndidə elektrik cərəyanı 27 yaşlı kişini vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, Amin Abidov transformatordan naqil kəsərkən elektrik cərəyanı onu vurub.
Nəticədə A.Abidov hadisə yerində ölüb.
Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
YAP Qaradağ rayon təşkilatının inzibati binasının yerləşdiyi ərazidə iməclik keçirilib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib