Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var
“İki sahil” xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb. Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər - 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov və 1990-cı il təvəllüdlü Arzu Həmidova xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəman şəhidin doğum günü ehtiramla qeyd olundu
YAP Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib