Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb.
“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib.
Bildirilib ki, Laçın rayonundan olan 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəman şəhidin doğum günü ehtiramla qeyd olundu
YAP Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib