05 may 2025 02:35
98

İmişlidə fərdi yaşayış evi yanıb

İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib. .

Yanğın rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini Niyazi Lələşova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli və Saatlı rayonu Dövlət Yanğından Mühafizə hissələrinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının evə bitişik olan və ətrafda yerləşən tikilələrə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC