08 may 2025 16:34
100

Bahar Muradova Göygöl rayonunda vətəndaşları qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

“İki sahil” xəbər verir ki,  tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, 8 may 2025-ci il tarixində keçirilən qəbul zamanı Göygöl və Daşkəsən rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında uşaqların müalicəsi, müəssisəyə yerləşdirilməsinə köməklik, erkən nikah faktı ilə bağlı hüquqi yardım, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb.  

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.