10 may 2025 15:43
161

Xətai rayonunda Ulu Öndərin 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı - "Space" TV-də İZLƏMƏYİ UNUTMAYIN!

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki, konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Konsertdən hazırlanmış proqramı bu gün axşam saat 20:30-dan etibarən "Space" TV-də izləməyi unutmayın!