10 may 2025 17:23
95

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti mayın 11-dən 13-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

“İki sahil” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, İsmayıllı, Ağsu, Şamaxı, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdərə, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Naftalan, Goranboy, Mingəçevirdə də qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.