ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanla ticarəti əsaslı şəkildə artırmaq niyyətində olduğunu bildirib.
“İki sahil” ANSA-ya istinadla xəbər verir ki, ABŞ prezidenti Pakistanla Hindistan atasında atəşkəs müqaviləsinin imzalanmasından sonra “TruthSocial”da yazıb: "Mən bu böyük xalqların hər ikisi ilə ticarəti əhəmiyyətli dərəcədə artıracağam".
Lakin atəşkəs elan olunduqdan sonra Pakistan Hindistanın atəşkəs razılaşmasını pozduğunu elan edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”