“Biz Rusiyanın sabahdan tam, daimi və etibarlı atəşkəsi təsdiqləyəcəyini gözləyirik və Ukrayna danışıqlara hazırdır”.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin İstanbulda atəşkəs görüşünün keçirilməsi təklifi ilə bağlı bildirib.
"Rusların nəhayət müharibəni bitirmək barədə düşünməyə başlaması müsbət əlamətdir. Bütün dünya bunu çoxdan gözləyirdi. İstənilən müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir. Qətlləri bir gün də davam etdirməyin mənası yoxdur. Biz Rusiyanın tam, daimi və etibarlı atəşkəsi təsdiqləyəcəyini gözləyirik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”