12 may 2025 16:44
107

Polşa Rusiyaya qarşı düşmənçilik edir - PESKOVDAN AÇIQLAMA

Polşa Rusiyaya qarşı düşmənçiliyi seçir.

“İki sahil” "Kommersant"a istnadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

O, Polşa hakimiyyətinin Rusiyanın Krakovdakı baş konsulluğunu bağlamaq qərarını belə şərh edib.

"Rusiyanın Polşa ərazisindəki diplomatik mövcudluğunun azalmasına gəlincə, bunlar yenə də artıq acınacaqlı vəziyyətdə olan ikitərəfli münasibətləri məhdudlaşdıran ümumi zəncirdə ayrılmaz həlqələrdir. Polşa bizə qarşı düşmənçilik edir", - deyə, Kreml nümayəndəsi bildirib.