12 may 2025 17:26
118

Euractiv: Avstriya Ukrayna üzrə danışıqlar üçün platforma rolunu oynaya bilər

Avstriya Ukraynada nizamlanma üzrə danışıqlar üçün platforma rolunu oynaya bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə respublikanın kansleri Kristian Stoker Euractiv portalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Vyana gələcəkdə beynəlxalq məsələlərin müzakirəsi üçün “yaxşı platforma” olaraq qalır.

“Ukraynada müharibə ilə bağlı belə bir ehtimal var”, - deyə, o, əlavə edib.

Müsahibə zamanı Ştoker Avstriyanın NATO-ya daxil olması ehtimalından da danışıb. O qeyd edib ki, belə bir məsələyə baxılmır.