12 may 2025 18:44
119

Netanyahu Trampla telefon danışığı aparıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşdən sonra Donald Trampla telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Netanyahunun Ofisi məlumat yayıb.

"Netanyahu bu gün Uitkoffla görüşüb. Bundan sonra baş nazir ABŞ Prezidenti Donald Trampla söhbət edib. Baş nazir İsrail əsgəri İdan Aleksandrın azad edilməsində göstərdiyi köməyə görə Prezidentə təşəkkür edib", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, "ABŞ Prezidenti İsrailə dəstək verməyə sadiq olduğunu bir daha təsdiqləyib və Baş nazirlə sıx əməkdaşlığı davam etdirmək istəyini ifadə edib".