12 may 2025 19:50
111

Modi Pakistana hava hücumlarını dayandırdıqlarını açıqlayıb

Hindistan Pakistana zərbələri hələlik dayandırıb, gələcək hərəkətlər İslamabadın atacağı addımlardan asılı olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi “Sindur” əməliyyatının başlanmasından sonra xalqa ilk müraciətində bildirib.

“Yenicə Pakistana zərbələrimizi dayandırdıq. Hindistanın növbəti addımları Pakistanın gələcəkdə nə edəcəyindən asılı olacaq”, - o deyib.

Xatırladaq ki, Hindistan mayın 6-da Pakistanda qarşı “Sindur” əməliyyatına başlayıb. Pakistanın müdafiə naziri Havaca Asif bildirib ki, zərbələr yalnız mülki hədəflərə vurulub. Bundan sonra rəsmi İslamabad da əks addımlar ataraq mayın 10-na keçən gecə Hindistana qarşı “Bunyan um Marsus” (“Möhkəm divar”) adlı hərbi əməliyyata başlayıb.

Tərəflər arasındakı gərginlik aprelin 22-də Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən turistlərə qarşı hücumdan sonra başlayıb. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.