13 may 2025 12:08
528

Ağsu şəhər stadionu beynəlxalq oyunları qəbul edə bilər

Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.