Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə ekskavator operatoru vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
“İki sahil” xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Təminatlar:
- Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin olunma.
Maraqlananlar əlaqə telefonunu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidirlər:
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənəd qəbulu cari ilin mayın 31-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Maraqlananlar əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilərlər.-