17 may 2025 11:34
77

31 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən gənc saxlanılıb

Gəncədə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.

“İki sahil” xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 31 yaşlı Y. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ö.Tağızadə saxlanılıb.

Xatırladaq ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.