Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 250 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin ikinci mərtəbəsində çay evinin mətbəxində 1 ədəd məişət avadanlığı qismən və 2 paq.m elektrik kabeli yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yüksək temperaturdan 3 ədəd məişət avadanlığı qismən qarsalanıb. Çay evi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.