23 may 2025 11:12
288

İmişlidə səyyar görüşlər keçirildi - FOTO

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu ilin may ayında təsdiq olunmuş qrafikə əsasən, rayonun Xoşçobanlı, Murğuzalılı, Göbəktala, Şahverdili, Otuziki, Muradalılı, Nurulu, Çahar, Göhərli və Qaradonlu kənd sakinləri ilə görüşüb. 

“İki sahil” xəbər verir ki, görüşlərdə icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və təşkilatların rəhbərləri də iştirak ediblər. 

İcra başçısı görüşlərdə səyyar qəbulların məqsədinin vətəndaşların müraciətlərini birbaşa dinləmək və operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayıb. Eyni zamanda ərazilərdə sosial infrastruktur məsələləri, su təminatı və digər məsələlər müzakirə olunub, sakinlərə rayon ərazisində aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib. 

Görüşlər zamanı həmçinin sakinlər tərəfindən irəli sürülən təklif və şikayətlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və həlli üçün müvafiq tapşırıqlar verilib. 

Qəbullar səmimi və qarşılıqlı anlayış şəraitində keçib.