YAP Qobustan rayon təşkilatının şəhid ailələrini və qaziləri ziyarət etməsi artıq ənənə halını alıb. Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin hər hər bir şəhid ailəsinə və qaziyə göstərdiyi diqqət və qayğıdan qaynaqlanan belə tədbirlər isə ümumilikdə ölkə gənclərində vətənpərvərlik ruhunu yüksəldən humanist bir addımdır.
Bu mənada, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov mayın 23- də rayonunun Cəyirli kəndindən olan şəhid Elxan Məmmədovun ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidin anası Zərəfşan xanımın qayğıları dinlənilib. Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse -Prezident Mehriban xanm Əliyevaya minnətdarlıbını bildirib.
Ziyarət zamanı YAP Qobustan rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar yubiley tədbirində şəhid ailələri üçün nəzərdə tutulmuş xatirə hədiyyələri şəhidin anasına təqdim olunub.