23 may 2025 12:30
280

Məqsədimiz festival vasitəsilə ADA Universitetinin beynəlxalq mühitinə töhfə verməkdir - Milana Mirfeyzullazadə

ADA Universitetində keçirilən 13-cü beynəlxalq festivalda Yaponiya, Malayziya, Çin, Türkiyə və Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünyanın 50-yə yaxın 43 ölkəsinin mədəniyyəti nümayiş etdirilir.

“İki sahil” xəbər verir ki, bunu 13-cü beynəlxalq festivalda ADA Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Milana Mirfeyzullazadə jurnalistlərə açıqlamasında bildirib

O qeyd edib ki, artıq ənənə halını almış festivalda müxtəlif ölkələrin səfirləri, diplomatik korpus nümayəndələri və 100-dən çox xarici qonaq iştirak edir. Tədbirdə milli mətbəx nümunələri, rəqs, stendlər və konsert proqramı təqdim olunacaq.

Tədbirin əsas məqsədi müxtəlif ölkələrin fərqli mədəniyyətlərini nümayiş etdirmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ADA Universitetinin beynəlxalq mühitinə bir daha töhfə verməkdir.