26 may 2025 11:25
256

Millət vəkili Tərtərdə mülki şəhidin ailəsini ziyarət edib

Millət vəkili Anar Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birgə Tərtər rayonunun Dəmirçilər kəndindən olan mülkü şəhid Əliyev Müzəffər Əli oğlunun ailəsinə baş çəkib, onun xatirəsini ehtiramla yad edib.

“İki sahil” xəbər verir ki, Anar Məmmədov bildirib ki, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, respublika prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.

1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğlu terrorçuların Tərtər şəhərini ağır artileriya atəşinə tutması nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısında şəhid olub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.