2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması üçün ayrıca vəsait nəzərdə tutulduğu halda, həmin xərclər layihə əsaslı vəsait qoyuluşu xərclərinə daxil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sifarişçi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi olan, ümumi dəyəri 6 milyon manat təşkil edən “Şuşa şəhərində bərpa-quruculuq işləri çərçivəsində yararsız vəziyyətdə olan tikililərin sökülməsi” layihəsinə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərindən 5 milyon manat ayrılıb.