28 may 2025 16:14
230

Xocavəndin Tuğ kəndində “Şur” baletindən duet – VİDEO

“Oxuyur Vətən” layihəsi çərçivəsində azad olunmuş ərazilərimizdən daha birində Xocavəndin Tuğ kəndində Fikrət Əmirovun “Şur” baletindən duet təqdim olunub.

Xoreoqrafiyası Qəmər Almaszadə və Samir Səmədova məxsus rəqs nömrəsini Nigar Əliyeva və əməkdar artist Samir Səmədov ifa edibdir.

“İki sahil” xəbər verir ki,  AzTV-də təqdim olunan bu kompozisiya Qarabağda mədəni həyatın bərpası və milli sənətin təbliğini özündə əks etdirir.