Dünən xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz yadıma “Cavanlar həyatı” qəzeti düşdü. Bildiyimiz kimi, sonra bu qəzet “Şərq qapısı” qəzetinə çevrildi və demək olar ki, Azərbaycanda uzun müddət fasiləsiz çıxan mətbu orqandır.
“İki sahil” xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri" konfransı - "Mediafest-2025"-də çıxışı zamanı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O qeyd edib ki, Ümummilli Liderin "Şərq qapısı" qəzeti haqqında dediyi fikirlərin şahidiyik və xüsusən də 1990-1993-cü illərdə Ulu Öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı"nın, Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur. "Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır”, - deyə o əlavə edib.