30 may 2025 13:28
427

Polis paytaxtın müxtəlif rayonlarında narkotik vasitə aşkarlayıb

Daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 31 yaşlı S.Musayev saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

“İki sahil” Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bundan başqa, Xəzər və Sabunçu rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 41 yaşlı A.Yusifov və 50 yaşlı İ.Mərdanov da saxlanılıblar.

Onlardan heroin və metamfetamin, yaşadıqları evlərə baxış zamanı isə ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və 17 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.