31 may 2025 22:55
195

Səudiyyə Ərəbistanı və Qətər Suriyaya maliyyə dəstəyi verəcək

“Səudiyyə Ərəbistanı Qətərlə birlikdə Suriyadakı dövlət işçilərinə birgə maliyyə dəstəyi verəcək”.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib.

Səudiyyə Ərəbistanının Suriyanın yenidən qurulması və iqtisadi dirçəliş prosesinin əsas dəstəkçilərindən biri olmağa davam edəcəyini ifadə edən Feysəl bin Fərhan iqtisadiyyatdan məsul olan yüksək səviyyəli bir heyətlə Dəməşqə gəldiyini bildirib.

Səudiyyəli nazir açıqlayıb ki, müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək üçün suriyalı həmkarları ilə danışıqlar aparılacaq.

O, Dəməşq təmasları çərçivəsində Suriya prezidenti Əhməd əl-Şara ilə də görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”