04 iyun 2025 18:38
151

Sel suları Ordubadın Tivi kəndinin yolunu yararsız vəziyyətə salıb

Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib.

“İki sahil” xəbər verir ki,  Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək, yolu yararsız hala salıb. Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.

Agentliyin əməkdaşları əraziyə cəlb olunublar. Qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib.

Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.