Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksi artıq dünyanın 160-dan çox ölkəsində milyonlarla şagirdin təhsil aldığı 10 mindən artıq Kembric məktəbindən biri olub.
“İki sahil” xəbər verir ki, 150 illik tarixi olan bu təhsil proqramı Kembric Universitetinin yaratdığı təhsil modelidir.
Kompleksdə ilkin mərhələdə 5-11 yaş arası şagirdlər (məktəbəqədər – V sinif) Kembric kurikulumu əsasında təhsil alacaqlar.
Qeyd edək ki, tədrisi yalnız ingilis dilində aparılan Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə sistemi, effektiv və yenilikçi tədris metodları, eləcə də müasir tədris infrastrukturu tələb olunur.
Fast food-ların tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına səbəb ola bilər - MÜSAHİBƏ
Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət prosesi başlayıb