Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qurban bayramı münasibətilə sosial aksiya keçirib.
“İki sahil” xəbər verir ki, rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini və qaziləri, müharibə veteranlarını ziyarət ediblər. Onları Qurban bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.
Görüş zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.
Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.