Rusiyanın Çuvaşiya respublikasının Urmarski rayonunda dörd nəfərin ölümü nəticələnən yol qəzası baş verib.
“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü sürücünün idarə etdiyi “Volkswagen Polo” markalı avtomobil yüksək sürətlə əks zolağa çıxıb və 1988-ci il təvəllüdlü kişinin idarə etdiyi “Opel Astra” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində üç nəfər hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya çatdırılan 59 yaşlı sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Fransa Ukraynanın Aİ-dən kənar ölkələrdən silah almasını məhdudlaşdırmaq istəyir
İran və Oman Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə ediblər