Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Əsədov Pərviz Fəxrəddin oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var