15 iyun 2025 14:40
122

"Qalatasaray" Ter Ştegenlə danışığa başladı

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Qalatasaray"dan təklif alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

İstanbul nəhənginin 33 yaşlı qolkiperə hər mövsüm üçün 5 milyon avro ödəməyə hazır olduğu bildirilib. "Qalatasaray"ın həmTer Ştegenin tam transferi, həm də mövsümün sonunda satın almaq şərti ilə icarə variantını nəzərdən keçirdiyi vurğulanır.

"Barselona"nın da Ter Ştegeni satmaqda maraqlı olduğu qeyd olunur.

Almaniyalı qolkiperin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir. O, 2014-cü ilin yayından “Barselona”da çıxış edir. Bu müddət ərzində qapıçı klubla 6 dəfə La Liqa çempionu olub, 6 dəfə İspaniya Kubokunu, 4 dəfə isə Superkuboku qazanıb. 33 yaşlı qapıçı həmçinin UEFA Çempionlar Liqasının qalibi adını da qazanıb.