21 iyun tarixində Bakı Kristal Zalında keçiriləcək “UFC on ABC: Hill vs. Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüsü , yarım ağır çəki dərəcəsində keçmiş çempionu Camal Hill artıq Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, döyüşçü komandası ilə birlikdə ölkəmizdədir.
UFC-nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill, azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.