Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir 15 İyun - Milli Qurtuluş gününə həsr olunub. Sözügedən gecədə Xalq artisti Tünzalə Ağayeva iştirak edib. Pop ulduz sevənləri üçün repertuarının ən zəngin, parlaq, vətənpərvər ruhda olan “Mən Azərbaycanlıyam” əsərini səsləndirib.
Estrada ulduzunun möhtəşəm çıxışı qonaqlar tərəfindən gür alqışlarla qarşılanılıb.
Gecədən ləntə alınan görüntüləri təqdim edirik:
İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb
MEMİM-in təşkilatçılığı ilə II Uşaq Teatrı Festivalı çərçivəsində ustad dərsləri keçirilib