“2014-cü ildə Ukraynanın bitərəf statusu var idi. Nəticənin necə olduğu aydındır – müharibənin başlanması, Krım yarımadasının işğalı və Ukraynanın şərqinin – Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğalı. Ona görə də biz deyə bilmərik ki, hansısa ittifaqda olduğumuz üçün bizə hücum olundu. Bunlar mənasız narrativlərdir. Sadəcə, bizdə kifayət qədər qətiyyət yox idi, ordumuzun kifayət qədər gücü yox idi və liderlərimizdə yetərincə liderlik yox idi, bu, mənim şəxsi fikrimdir, Avropada da yetərincə birlik yox idi”.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avstriya Federal Prezidenti Aleksandr Van der Bellen ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O vurğulayıb ki, Ukrayna müharibənin başa çatmasını istəyir, amma ultimatum şəklində və ya müstəqillik bahasına yox.
Məhərrəm Ağalaroğlu, “İki sahil”