Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.
Bu barədə "İki sahil"ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var