Gəncədə qanunsuz tikililər sökülüb.
Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, şəhərin Ə.N.Gəncəvi küçəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət idmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində qurultayın vəzifələri müzakirə edildi
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var