23 iyun 2025 12:38
83

Yaponiya rəsmən ELAN ETDİ...

Yaponiya Nazirlər Kabineti Baş nazir İşibanın NATO sammitinə səfərini ləğv etdiyini rəsmən elan edib.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb

Qeyd edilir ki, Yaponiya hökumətinin başçısı Şiqeru İşiba Hollandiyada keçiriləcək NATO sammitində iştirak etməyəcək. Onun ölkəyə səfəri ləğv edilib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onlar qeyd ediblər ki, İşibanın Haaqa səfərinin ləğvi “bir sıra hallarla” bağlıdır.

RİA Novosti-nin məlumatına görə, İşiba əvəzinə Yaponiya diplomatik xidmətinin rəhbəri Takeşi İvaya sammitdə iştirak etmək üçün Hollandiyaya gedəcək.

Yaponiyanın NHK telekanalı iyunun 23-də Yaponiyanın baş nazirinin Hollandiyada keçiriləcək NATO sammitində iştirakdan imtina etdiyini bildirmişdi.