23 iyun 2025 12:48
100

Putin bu gün Trampla danışacaqmı? - AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında iyunun 23-də telefon danışığı planlaşdırılmır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Bir gün əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov demişdi ki, lazım gələrsə, danışıqlar tez bir zamanda təşkil oluna bilər. Onun sözlərinə görə, hər iki lider şəxsi görüşün vacibliyini başa düşür, lakin buna diqqətlə hazırlaşmalıdırlar.

İyunun 14-də Putinlə Tramp arasında ilin əvvəlindən bəri beşinci telefon danışığı baş tutub. Onlar Yaxın Şərqdəki eskalasiyanı - hətta Amerikanın İrana zərbələrindən əvvəl də müzakirə ediblər. Bundan əvvəl iki ölkə liderləri əsasən Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması, eləcə də Ukrayna münaqişəsinin nizamlanması mövzusunda əlaqə saxlayıblar.