23 iyun 2025 18:36
112

Bəzi rayonlarda leysan xarakterli yağış yağır

İyunun 23-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.

Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.