23 iyun 2025 23:43
116

AZAL-ın təyyarəsi Qətər hava məkanının bağlanması səbəbindən Bakıya geri qayıdıb

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

“İki sahil” xəbər verir ki, bu barədə cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.