Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərini yekunlaşdırmaq üzrədir.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir.
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunacaq.
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir