Ukrayna və Azərbaycan Xarici İşlər nazirlikləri (XİN) arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı sabiq səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək:
"Bu, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".
Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb
Vüqar Rəhimzadə: Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib