01 iyul 2025 12:15
157

İİTKM-in şöbə müdiri İstanbulda “Türk Dünyası Yay Məktəbi”ndə çıxış edib

İqtisad İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Türkiyənin İbn Haldun Universitetində keçirilən 2-ci “Türk Dünyası Yay Məktəbi”ndə təqdimatla çıxış edib. O, “Türk Dünyası iqtisadiyyatı və iqtisadi inteqrasiya üzrə tövsiyələr” mövzusunda mühazirəsində Türk dövlətləri arasında iqtisadi əlaqələr, qarşılıqlı ticarət və investisiya göstəriciləri və perspektivləri ilə bağlı tədqiqatını təqdim edib, regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“İki sahil” xəbər verir ki, İbn Haldun Universiteti (İHU) və Türk Dövlətləri Təşkilatının (TDT) təşkilatçılığı ilə “Yüksələn Türk Dünyası” devizi altında keçirilən yay məktəbində 27 ölkədən 60-dan artıq iştirakçı, o cümlədən ekspertlər, alimlər və tələbələr iştirak ediblər.

Vüsalə Cəfərova səfər çərçivəsində İHU-nun Kitabxanasının rəhbəri Sönməz Çeliklə də görüşüb. Görüşdə İqtisad İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi tərəfindən birgə hazırlanan və İİTKM-in icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlının elmi redaktorluğu ilə nəşr olunan  “Türk Dövlətləri İqtisadiyyatı” kitabı İHU-nun kitabxanasına təqdim edilib.

Kitabın nüsxəsi İHU Kitabxanasının kolleksiyasına, eləcə də kitabxananın onlayn kataloquna rəqəmsal formatda daxil edilib. Tədqiqatçılar və tələbələr kitabı aşağıdakı linkdən əldə edə bilərlər:

https://catalog.ihu.edu.tr/yordam/?p=1&q=Turkic+states+economy+Turkic+states+economy+&alan=tum_txt&demirbas=0052416